Onlayn ictimai-siyasi qəzet
Erməni tərəfi iddia edir ki, 68 yaşlı Vaqif Xaçatryan Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən qaçırılaraq naməlum istiqamətə aparılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Qondarma qurumun “ombudsmanı” Geqam Stepanyan öz feysbuk səhifəsində yazıb ki, oğurlanan şəxsin yanında nə qohumları, nə BQXK nümayəndələri, nə də Rusiya sülhməramlıları olub.
“Qaçırılan şəxsin taleyi məlum deyil” - separatçı böhtanını davam etdirərək yazır.
Qeyd edək ki, erməni terrorçular vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaq üçün mülki ermənilərə qarşı təxribatlar törədə bilərlər.
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ