İnsanlara hürriyət, millətlərə istiqlal!

WJP: “Rusiya qanunun aliliyinə görə dibdə, ölkə daxili təhlükəsizliyin təmininə görə isə...”  

 

“İl ərzində Rusiya qanunun aliliyinə görə ölkələrin reytinqində 113-cü yerə enərək Liberiya və Madaqaskar arasında yer alıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, reytinq “World Justice Project” beynəlxalq təşkilatı tərəfindən açıqlanıb.

Bu, Rusiya üçün 2015-ci ildən sonra ən pis göstərici sayılır. Ölkədə ən pis vəziyyət cinayət mühakiməsi ilə bağlıdır. 142 ölkə arasında “cinayət təhqiqatının effektivliyi” meyarlarına görə, Rusiya Asiya və Afrikanın əksər dövlətlərinə uduzaraq müvafiq olaraq 139-cu yerləri tutur.

WJP-nin təhlilinə görə, Rusiya nizam-intizam və təhlükəsizlik kateqoriyasında ən yaxşı xal toplasa da, bu kateqoriyada belə il ərzində 8 pillə geriləyib. Bundan əlavə, Rusiyanın ən yüksək balları dünya ortalamasından da aşağıdır: ölkə burada belə 101-ci yerdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR