Onlayn ictimai-siyasi qəzet
1 sentyabr 2025-ci il tarixindən etibarən Avropanın aşağı büdcəli aviaşirkəti Wizz Air, törəmə aviaşirkəti olan Wizz Air Abu Dhabi-nin fəaliyyətini dayandıracaq və təyyarələrini BƏƏ-nin paytaxtındakı hava limanından geri çəkəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilir.
Qərar bir neçə amillə əlaqədar qəbul edilib: təyyarələrin isti iqlim şəraitində istismarı zamanı texniki problemlər, regionda geosiyasi qeyri-sabitlik və şirkətin marşrut şəbəkəsini genişləndirməsinə mane olan tənzimləyici məhdudiyyətlər. Xüsusilə Wizz Air Əbu-Dabidən Hindistan və Pakistana uçmaq üçün icazə ala bilməyib.
“Biz Yaxın Şərqdə uzun bir yol qət etmişik və əldə etdiklərimizlə fəxr edirik. Yeni və dinamik bazarlarda WIZZ brendini inkişaf etdirmək üçün yorulmaz səylərinə və fədakarlığına görə fədakar əməkdaşlarımıza təşəkkür edirəm”, - Wizz Air-in baş direktoru Jozsef Varadi bildirib.
“Wizz Air Abu Dhabi” 2021-ci ilin yanvarında ADQ suveren sərvət fondu ilə birgə yaradılıb. Daşıyıcı həftədə 25 istiqamətə 148 uçuş həyata keçirir.
Sentyabrın 1-dən etibarən Yaxın Şərq istiqamətlərə uçuşlar tamamilə dayandırılacaq.
Eyni zamanda, BƏƏ milli aviadaşıyıcısı Etihad Airways Əbu-Dabidən yeddi şəhərə: Almatı, Tbilisi, Daşkənd, İrəvan, Bakı, Buxarest və Mədinəyə yeni reyslər açdığını elan edib. Onların əksəriyyəti 2026-cı ilin yazında, Mədinə marşrutu isə 2025-ci ilin noyabrında başlayacaq.
Bildirilir ki, Yaxın Şərqdəki törəmə şirkəti bağlandıqdan sonra Wizz Air öz donanmasını (12 təyyarə, o cümlədən səkkiz A321 və dörd A321neo) Avstriya, İtaliya və Böyük Britaniya da daxil olmaqla Mərkəzi, Şərqi və qismən Qərbi Avropadakı əsas istiqamətlərinə yenidən paylayacaq.
Musavat.com
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ