Onlayn ictimai-siyasi qəzet
“Wildberries” ticarət mərkəzi sahibinin keçmiş əri Vladislav Bakalçuk Qırğızıstan vətəndaşlığı qəbul edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında məlumat verib.
“Mən yazda Qırğızıstan Respublikasının vətəndaşlığını aldım - bu, mənə bu gözəl və dost ölkədə iş aparmağa kömək edən addımdır. Qırğızıstan böyük logistika mərkəzi tikməyi planlaşdırdığımız dövlətlərdən biridir. İndi mən əminəm ki, şirkətə qayıdan kimi bunu mümkün qədər səmərəli şəkildə edə biləcəyəm.
Harada olduğum barədə sualı olanlar üçün: Mən həmişə xaricdə altı aydan az vaxt keçirmişəm, əksər hallarda isə üç aydan çox olmamışam. Obyektiv səbəblərdən uzun müddət biznesimi tərk edə bilmərəm və getmək fikrində də deyiləm, çünki onu özüm idarə edirəm və onun inkişafına nəzarət edirəm”,- V.Bakalçuk yazıb.
O, həmçinin əlavə edib ki, Wildberries-ə qayıtmağı və şirkətin xeyrinə işləməyə davam etməyi planlaşdırır. Onlar Rusiyanı tərk etməyi planlaşdırmırlar.
Onu da qeyd edək ki, V.Bakalçukla onun keçmiş həyat yoldaşı Tatyana Kim arasında böyük ticarət obyektinin üstündə kəskin ixtilaf var. Bir-iki ay öncə müəssisədə silahlı atışma baş verib, insanlar ölüb və yaralanıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ