Onlayn ictimai-siyasi qəzet
Sahibkar Vladislav Bakalçuk bildirib ki, “Wildberries” ofisinə gələndə ona və komandasına hücum etməyə cəhd ediblər.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, iş adamı Telegram kanalında yazıb: “Biz anbarların tikintisinin dayandırılması ilə bağlı danışıqlar aparmaq üçün Romanov zolağındakı ofisə gələndə mənə və məni müşayiət edənlərə hücum oldu. Mən yaxşıyam. Təfərrüatları gözləyin”.
Daha sonra Vladislav Bakalçukun keçmiş arvadı Tatyana Bakalçuk Telegram-da belə yazıb: “Bu gün Vladislav Bakalçuk, Sergey Anufriyev və Vladimir Bakinin başçılıq etdiyi bir qrup şəxs Moskvadakı "Wildberries" ofisini ələ keçirməyə cəhd edib. Üç nəfər yaralanıb, biz onların vəziyyətini yoxlayırıq”.
Şirkət rəhbər bildirib ki, iddia edilən danışıqlar haqqında bəyanatı” absurd adlandırıb, “çünki heç kim heç bir danışıqlara razı olmayıb və silahlı qrup gəlib.
Tatyana Bakalçuk açıq şəkildə hüquq-mühafizə orqanlarına bu vəziyyəti nəzarətə götürmək üçün müraciət edib.
“Bizim heç bir sirrimiz yoxdur. Ona görə də xahiş edirəm ki, bu xaosu təşkil edən şəxslərin hərəkətlərinin motivləri ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlansın. Bu, reyder cəhdi idi, daha doğrusu, buna uğursuz cəhd”, - o qeyd edib.
Bu arada “Wildberries” ofisinin həyətində baş verən atışma nəticəsində yaralananlarla bağlı yeni məlumatlar üzə çıxıb. Onların arasında məşhur idmançı, karate üzrə Avropa vitse-çempionu da var.
Söhbət 30 yaşlı Abubakar Mestoyevdən gedir. O, İnquşetiya əsilli, bütün növ karate üzrə Rusiya çempionu, idman ustasıdır. Digər zərərçəkən isə 31 yaşlı Adəm Sabirovdur. Bəzi məlumatlara görə, bu şəxslər ilk zərərçəkmiş Adam Almazov kimi şirkətin ofisinə gəldiyi zaman Vladislav Bakalçuku müşayiət ediblər.
Digər zərərçəkmiş 32 yaşlı Aleksandr Nesterov isə polis əməkdaşıdır. O, qolundan yaralanıb və hadisə yerindən də xəstəxanaya yerləşdirilib.
Ümumilikdə, son məlumatlara görə, atışma nəticəsində 4 nəfər yaralanıb.
Qeyd edək ki, 8 min nəfərə yaxın insanın çalışdığı “Wildberries” anbarları ölkənin ən iri ərzaq çeşidləmə depolarından biridir. Bu anbarlarda daha çox miqrantlar çalışır. Neçə vaxtdır ki, Rusiyanın hüquq-mühafizə orqanları “Wildberries”i xroniki reyd zonasına çevirivlər. Bu il anbarlara 5-dən artıq basqın olub.
Vladislav və Tatyana Bakalçuk həyat yollarını ayırsalar da, ortaq bizneslərini bölə bilmirlər.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ