İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Qazaxıstan arasında ticarət müharibəsi: Qarşılıqlı qadağalar artır

Üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqından Qazaxıstana buğda idxalına qoyulan qadağa ilin sonuna qədər Rusiya taxılının Çin və Özbəkistana təkrar ixracına məhdudiyyətlərin yaranmasına səbəb olub.

Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstanın baş naziri Oljas Bektenov ölkə parlamentində açıqlayıb.

O parlament üzvlərinin Rosselxoznadzor-un Qazaxıstanın taxıl və digər kənd təsərrüfatı məhsullarının Rusiya ərazisi ilə ixracına qoyduğu qadağa ilə bağlı sualını cavablandırarkən deyib: “Qeyd edək ki, əvvəllər daxili bazarı qorumaq üçün Qazaxıstan 2024-cü ilin sonuna qədər üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqından (Aİİ) buğda idxalına qadağa qoyub və bu, Rusiyadan buğdanın Özbəkistan və Çinə təkrar ixracını məhdudlaşdırıb”.

Bektenov həmçinin deputatların diqqətinə çatdırıb ki, 2024-cü ildə Qazaxıstan ərazisində Aİİ ölkələrinin mallarının tranzit daşınması üçün vahid tariflərin səviyyəsi artırılıb: “Məsələn, Rusiya taxılının Qazaxıstan ərazisindən keçməklə Qırğızıstana ixracına görə tariflərin səviyyəsi 2 dəfə artırılıb”.

Qeyd edək ki, son aylarda Qazaxıstanla Rusiya arasında siyasi gərginlik fonunda iqtisadi-ticari əlaqələrə inzibati məhdudiyyətlərin tətbiqi artıb. Qazaxıstan hökuməti yerli istehsalçıları qorumaq üçün bu ili avqustunda üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqından (Aİİ) buğda idxalına qadağa tətbiq edib.

Oktyabrın 17-dən Rosselxoznadzor Qazaxıstandan Rusiyaya buğda, mərci, pomidor, bibər və bostan məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər qoyub. Qurum bu addımını guya həmin məhsullarda karantin obeyktlərinin aşkarlanması ilə əsaslandırıb. 2024-cü il oktyabrın 21-dən Rosselxoznadzor Qazaxıstandan Rusiyaya kəsilmiş gül və qönçələrin idxalını da eyni bəhanə ilə müvəqqəti məhdudlaşdırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR