Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin oktyabr ayında Gürcüstan Milli Bankı (GMB) milli valyuta olan larinin məzənnəsini sabit saxlamaq üçün rekord həcmdə valyuta müdaxiləsi həyata keçirərək, bazarda 591,2 milyon dollar satıb.
Musavat.com xəbər verir ki, məlumatı GMB açıqlayıb. Bankın valyuta bazarındakı əməliyyatlara dair statistikasına əsasən oktyabr ayında tənzimləyici tərəfindən valyuta hərraclarında 213,4 milyon özünün hərraclarında, eyni zamanda Bloomberg Bmatch platforması vasitəsilə hərracsız 377,7 milyon dollarlıq satışdan ibarət olub.
Oktyabr ayında Milli Bank tərəfindən hərracdankənar valyuta satışlarının həcmi 2020-ci ilin martında belə əməliyyatların başlanmasından bəri rekord göstəricidir.
Bmatch platformasında aparılan əməliyyatlar nəzərə alınmaqla, Milli Bankın yanvar-oktyabr aylarında xalis valyuta satışı 588 milyon dollar təşkil edib. 2023-cü ildə Mərkəzi Bankın xalis valyuta alışı 1,28 milyard dollar olmuşdu.
İlin əvvəlindən Gürcüstanın beynəlxalq ehtiyatları 18,5 faiz və ya 924,7 milyon dollar azalıb.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ