Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İzmit şəhərində yerləşən TÜPRAŞ neft emalı zavodunda baş verən partlayış zamanı 12 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, TÜPRAŞ-ın rəsmi məlumatına görə, yaralanan şəxslərin vəziyyəti yüngül olaraq qiymətləndirilir və onlara ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı yayılan ilkin məlumatlarda bildirilir ki, partlayış zavodun texniki sahələrinin birində baş verib. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub, zavodun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Partlayışın səbəbləri hələ araşdırılır.
TÜPRAŞ rəhbərliyi açıqlamasında əməkdaşlarının sağlamlığının əsas prioritet olduğunu vurğulayaraq, vəziyyətin tam nəzarət altında olduğunu bildirib. Zavod ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisənin ətraflı səbəbləri ilə bağlı təhqiqat davam edir. Partlayışın zavodun istehsal prosesinə və ətraf mühitə təsiri barədə əlavə məlumat verilməsi gözlənilir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ