Onlayn ictimai-siyasi qəzet
Qlobal musiqi sənayesinin gəliri 2023-cü ildə 10 faiz artaraq 45,5 milyard dollara çatıb. Beləliklə də bu sənayenin gəlirləri kinobiznesin 2019-cu ildə 41,9 milyard dollara çatan pandemiyadan əvvəlki gəlirlərini üstələyib.
Musavat.com xəbər verir ki, məlumatı London İqtisadiyyat Məktəbinin tədqiqatçısı, Spotify musiqi axını platformasının keçmiş baş iqtisadçısı Uill Peycin hesabatına əsasən The Financial Times (FT) yayıb.
Keçən il kinoteatrların kassa gəlirləri 33,2 milyard dollar təşkil edib.
Beynəlxalq Fonoqram İstehsalçıları Federasiyası, Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətləri Konfederasiyası və Beynəlxalq Musiqi Nəşriyyatları Konfederasiyasının məlumatlarına əsaslanan hesabatın müəllifi qeyd edib ki, indi musiqi bumu dövrüdür.
2023-cü ildə səsyazma şirkətləri və onların sənətçilərinin gəlirləri illik müqayisədə 12 faiz artaraq 28,5 milyard dollara çatıb, qalanları isə musiqi naşirləri və mahnı müəlliflərinin payına düşür. Eyni zamanda CD və vinil plastinaların satışından əldə olunan gəlirlər (15,4 faiz) striminqdən gələn gəlirləri üstələyib. Peyc təxmin edir ki, təkcə ABŞ-da 2024-cü ilin sonuna kimi səsyazma nəhənglərinin vinildən gəlirləri 1 milyard dollara çatacaq və CD-lərin satışını üstələyəcək.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ