İnsanlara hürriyət, millətlərə istiqlal!

“Walt Disney” işçilərinin ixtisarı ilə 5,5 milyard dollara qənaət etməyi planlaşdırır

Amerikanın məşhur “Walt Disney” şirkəti 7 min işçini ixtisar etmək qərarına gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru Robert İger bildirib.

Onun sözlərinə görə, şirkət yenidən təşkil ediləcək. Yenilənmiş şirkətdə üç bölmə yaradılacaq. Onlardan birincisi kino və televiziya, ikincisi idman proqramlarına, üçüncüsü isə əyləncə parklarına və mallara cavabdeh olacaq.

Bununla “Walt Disney” təxminən 5,5 milyard dollara qənaət etməyi planlaşdırır. Şirkətin baş direktoru qeyd edib ki, 7 min işçi ümumi işçilərin təxminən 3 faizini təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR