İnsanlara hürriyət, millətlərə istiqlal!

Vyananın “azərbaycanlı” qızı

Beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə və onun xanımı əcnəbi vokalçı Karen Danqer-Manafzadənin Avstriyadakı həyat və fəaliyyətilə bağlı hazırlanan veriliş tamaşaçıların marağına səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının Avstriyada aparılan çəkilişində Abuzər və Karen Manafzadələrin müsahibəsi yer alıb.

Karen Danqer-Manafzadənin Azərbaycan mahnılarını sevə-sevə ifa etməsi, Azərbaycan dilində müsahibə verməsi, ölkəmizin mədəniyyətini xaricdə davamlı təbliğ etməsi tamaşaçıların rəğbəti ilə qarşılanıb.
Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramı İctimai TV-də yayımlanıb.

Verilişi aşağıdakı linklərdə izləmək olar:

https://www.youtube.com/watch?v=cNzXexBIyxw&t=261s

https://www.youtube.com/watch?v=lo6VLMhurmE

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR