Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı Vüqar Bayramov Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
Məlumata görə, deputat “Kosmos - regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi" mövzusunda keçiriləcək 6-cı Beynəlxalq Kosmik Forumun işində iştirak etmək üçün iyulun 1-də bu ölkəyə gedəcək.
Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Forum çərçivəsində “Yerin müşahidəsi: texnologiyadan tətbiqə və xidmətə”, “Kosmik Tədqiqatlar: Kainata açılan qapı” və “Kosmik konsepsiyalar və siyasət: təcrübə və ən yaxşı təcrübələrlə mübadilə” mövzularında müzakirələr keçiriləcək.
Səfər iyulun 4-də başa çatacaq.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ