İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiç: “ABŞ və Rusiya prezidentlərinin çıxışı dünyadakı durumun gərginləşməsini göstərir”

Rusiya Prezidenti Vladimir Putinin müraciəti, eləcə də ABŞ prezidenti Co Baydenin Varşavadakı çıxışı dünyanın daha da gərginləşmə istiqamətində hərəkətini davam etdirdiyini göstərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç “Pink” telekanalına müsahibəsində bildirib.

“Prezident Putin üçün həqiqət Rusiyanın, onun tərəfindədir. Prezident Bayden üçün isə Ukrayna Rusiyanın qalib gələcəyi yer deyil. Bütün bunları eşidəndə və bütün bunları nəzərdə tutanda aydın olur ki, biz münaqişənin alovlanması və daha da gərginləşməsinə doğru irəliləyirik”.

Serbiya lideri vurğulayıb ki, hər iki prezident “çıxışlarında barışmazlıq və ədalətsizliyi düzəltmək əzmini nümayiş etdiriblər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR