İnsanlara hürriyət, millətlərə istiqlal!

Votsapda inqilabi yenilik - FOTO

Votsap "Android" sistemində Beta versiyasının istifadəçiləri üçün əlçatan olan mesajların tərcüməsi funksiyasını işə salıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Belə ki, proqramın 2.25.12.25 versiyasını quraşdıran votsap testçiləri mesajları tərcümə etmək üçün dil paketlərini endirə biliblər.

Dəstəklənən dillərə rus, ispan, ərəb, portuqal və hind dilləri daxildir. Bundan əlavə, istifadəçilərin avtomatik dilin aşkarlanması üçün xüsusi dil paketinə giriş imkanı var ki, bu da bir neçə dilin eyni vaxtda mövcud ola biləcəyi qrup söhbətlərində xüsusilə faydalıdır.

Qeyd olunur ki, bütün əməliyyatlar cihazda lokal olaraq həyata keçirilir - məlumatlar üçüncü tərəf serverlərinə və ya Meta şirkətlərinə ötürülmür.

Tərcümə funksiyası şəxsi söhbətlərdə, qruplarda və kanallarda mövcuddur. Bununla belə, bu funksiya standart olaraq qeyri-aktivdir. Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısı genişləndiriləcək və əlavə dil paketləri təqdim ediləcək. Funksiyanın messencerin stabil quruluşlarında nə vaxt işləyəcəyi açıqlanmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR