İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏR

Ukrayna Baş Qərargahı genişmiqyaslı işğalın başlanmasından bəri Rusiyanın itkiləri ilə bağlı yenilənmiş statistikanı açıqlayıb. 

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Məlumatlar 24 fevral 2022-ci ildən 14 sentyabr 2025-ci ilədək olan dövrü, həm şəxsi heyət, həm də hərbi texnikanı əhatə edir.

Şəxsi heyət:
Təqribən 1 094 610 nəfər (+880 nəfər 13 sentyabrla müqayisədə)

Tanklar: 11 184 ədəd (+3)

Zirehli döyüş maşınları: 23 267 ədəd

Artilleriya sistemləri: 32 749 ədəd (+42)

Reaktiv yaylım atəş sistemi: 1 487 ədəd (+1)

Hava hücumundan müdafiə sistemi: 1 217 ədəd

Təyyarələr: 422 ədəd

Helikopterlər: 341 ədəd

Əməliyyat-taktiki pilotsuz uçan aparat: 59 086 ədəd (+261)

Qanadlı raketlər: 3 718 ədəd

Gəmi və qayıqlar: 28 ədəd

Sualtı qayıq: 1 ədəd

PMM-li avtomobil avadanlığı və çənlər: 61 614 ədəd (+102)

Xüsusi texnika: 3 964 ədəd

Baş Qərargah vurğulayır ki, bu göstəricilər düşmənin silahlı qüvvələrinin məhvetmə miqyasını əks etdirir və Ukraynanın müdafiə əməliyyatlarının effektivliyinin təhlili üçün əsas rol oynayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR