İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodin Baydeni terrorçu adlandırıb - “Şimal axını”nın dağıdılmasına görə

"ABŞ prezidenti Co Bayden özünü tarixə strateji tərəfdaşlarının enerji infrastrukturunun məhv edilməsi əmrini verən terrorçu kimi yazır". Bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Pulitser" mükafatı laureatı Seymur Herşin Amerika liderinin “Şimal axını”nın pozulmasında iştirakı ilə bağlı araşdırmasını şərh edən siyasətçi qaz kəmərlərinin dağıdılmasının Avropa hökumətlərinin hədə-qorxu aktı olduğunu irəli sürüb.

"Bu, öz vətəndaşlarının maraqlarını rəhbər tutaraq iqtisadiyyatı inkişaf etdirmək qərarına gələn vassalları üçün qorxutma aktı idi", - deyə Volodin Telegram kanalında yazıb.

Dövlət Dumasının spikeri məşhur jurnalist Herşin dərc etdiyi məlumatlar əsasında beynəlxalq araşdırma aparmağa və qaz kəmərlərinin partladılmasına görə məsuliyyət daşıyanları, o cümlədən Baydeni məsuliyyətə cəlb etməyə çağırıb. Bundan əlavə, Volodin hesab edir ki, zərər çəkmiş ölkələrə kompensasiya ödənilməlidir.

Xatırladaq ki, Herşin nəşri qeyd edir ki, NATO-nun 2022-ci ilin yayında Baltops təlimləri zamanı amerikalı dalğıclar “Şimal axını”nın altında norveçlilərin üç ay sonra aktivləşdirdiyi partlayıcılar quraşdırıblar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Federasiyasının qaz kəmərlərində partlayışlarla bağlı insidentin “xalçanın altına keçməsinə” icazə verməyəcəyini bildirib. Onun fikrincə, baş verənlər ideoloji və siyasi cəhətdən hazırlanmış cinayətdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR