İnsanlara hürriyət, millətlərə istiqlal!

"Volkswagen" Rusiya aktivlərinin satışının vaxtı ilə bağlı qərar verib

Alman avtomobil istehsalçısı “Volkswagen” il ərzində Rusiya aktivlərini “Porsche”, “Scania” və “MAN”a satmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə şirkətin yanvar-sentyabr ayları üçün aralıq hesabatı əks olunub.

Hesabatda bildirilib ki, yük maşınları istehsalçılarının “MAN” və “Scania”nın daxil olduğu “Traton” qrupu “MAN” konserninin 100 % törəmə şirkəti olan “Man Trak end Bas Rus” MMC-ni yerli diler “Man Trak Çelnı” MMC-yə satmaq üçün razılaşma bağlayıb. Müqavilənin bu il bağlanacağı gözlənilir.

“Volkswagen” yaxın 12 ay ərzində “Scania”nın Rusiya şöbəsinin (“Skaniya-Rus” MMC) aktivlərinin satışını başa çatdırmağı gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR