İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Zelenski Tokayevə təşəkkür etdi - SƏBƏB

Ukrayna Prezidenti Vladimir Zelenski Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı, Rusiyanın işğalolunmuş ərazilərdə qurduğu “DXR” və “LXR” adlı oyuncaq qurumları tanımadığına görə ona təşəkkür edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın “Unian” agenltiyi məlumat yayıb.

“Qazaxıstan prezidenti Tokayevlə telefon danışığımı baş tutdu. Mən Ukraynanın ərazi bütövlüyünə verilən prinsipial dəstəyə, qondarma “LPR”, “DXR”in tanınmamasına görə ona təşəkkür etdim”, - deyə Ukrayna prezidenti Twitter-də yazıb.

Zelenski həmçinin iqtisadiyyat, enerji, rəqəmsallaşma sahələrində konkret əməkdaşlıq layihələrini müzakirə etdiklərini və ölkələr arasında diplomatik əlaqələrin 30-cu ildönümü ilə bağlı təbrik mübadiləsi apardıqlarını qeyd edib.

Xatırladaq ki, bu ilin iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda müzakirələr zamanı Qazaxıstan prezidenti LPR və DXR-i kvazi-dövlətlər adlandırıb və Qazaxıstanın böyük ehtimalla onları tanımayacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR