İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Putin: “Cini şüşədən buraxdılar və bütün regionları...”

Rusiya Prezidenti Vladimir Putin parlamentin yuxarı palatası – Federal Məclisə müraciətinə “Qostinıy dvor”da başlayıb.

Musavat.com xəbər verir ki, bu, 24 fevral 2022-ci ildə qoşunların Ukraynaya daxil olmasından bəri ilk müraciətdir. Keçən il müraciə baş tutmadı. Bu da “hadisələrin intensiv dinamikası”, “nəticə əldə etmək zərurəti” ilə izah edilib. Rusiya Prezidentin müraciətinin əsas tezislərini təqdim edirik.

Qeyd edək ki, Vladimir Putin 12:05-də (Bakı vaxtı ilə 13:05) mikrofonun qarşısına keçib.

Putin Ukraynadakı xüsusi əməliyyatla bağlı: Biz problemi sülh yolu ilə həll etmək üçün hər şeyi etdik, amma arxamızdan başqa ssenari hazırlanırdı.

Putin xüsusi əməliyyatın bir il əvvəl “tarixi torpaqlarımızda insanları qorumaq və Ukraynadakı neonasist rejiminin təhlükəsini aradan qaldırmaq naminə” başladığını bildirib.

Vladimir Putin: Qərb Ukraynada “işarələnmiş kartlar” oynadı.

Qərb elitası total prinsipsiz yalanların simvoluna çevrilib - Putin.

Dünyada heç bir ölkədə ABŞ kimi çoxlu sayda hərbi baza yoxdur, onlardan yüzlərlə var, bütün planet pərçimlənib - Putin.

Rusiya Federasiyası Ukraynadakı hərbi əməliyyatın vəzifələrini mərhələ-mərhələ həll edəcək.

2022-ci ilin fevralına qədər hər şey Donbassda növbəti qanlı cəza aksiyasına hazır idi.

Putin: Müharibəyə onlar başladı və biz onu dayandırmaq üçün bütün gücümüzdən istifadə edəcəyik.

Putin bildirib ki, amerikalı ekspertlərin fikrincə, ABŞ-ın başlatdığı müharibələr nəticəsində 900 min insan həlak olub, daha 38 milyon insan isə qaçqın düşüb.

“Anti-Rusiya” yaratmaq layihəsinin kökü XIX əsrdədir, məqsədi tarixi əraziləri qoparmaqdır, yenilik yoxdur - Putin.

Putin: Biz insanların həyatını, evimizi qoruyuruq və Qərbin məqsədi qeyri-məhdud gücdür.

Qərb 2014-cü ildə konstitusiyaya zidd çevrilişi dəstəkləməklə bu gün hər şeyi məcbur etdi.

Vladimir Putin: Qərb cini şüşədən buraxdı və bütün regionları xaosa sürüklədi.

Vladimir Putin: Qərb Rusiyaya qarşı mübarizədə kimə arxalanacağına fikir vermir, onlar hamıdan, hətta keçəl də olsa, istifadə edə bilərlər.

Putin: Hesabda trilyonlarla dollar var, Qərbdə heç kim insan tələfatını nəzərə almır.

Biz Ukrayna xalqı ilə müharibə aparmırıq, onlar özləri Kiyev rejiminin və onun Qərb ağalarının girovuna çevrilib

Putin deyib ki, Ukraynada münaqişənin qızışdırılmasına görə məsuliyyət Qərb dövlətləri və Ukrayna xalqının yad ölkəyə çevrildiyi “Kiyev rejimi”nin üzərinə düşür.

Putin: Ukraynaya nə qədər çox uzaqmənzilli sistemlər çatdırılsa, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR