İnsanlara hürriyət, millətlərə istiqlal!

“VKontakte”nin top meneceri Vladimir Qabrielyan faciəli şəkildə ÖLDÜ

Rusiyada erməni əsilli iş adamı faciəli şəkildə ölüb. VK top meneceri Vladimir Qabrielyan Ağ dəniz yaxınlığında ekspedisiya zamanı batıb.

Konkret.az xəbər verir ki, VK-nın baş direktorunun birinci müavini dostları və həyat yoldaşı Yelena ilə çayı iki relyef maşını ilə keçməyə çalışıblar. Lakin onları çayın axarı dənizə tərəf yönəldib. Sergey Olseviç və Yelena Qabrielyan maşınlarından düşə biliblər. Vladimir Qabrielyan və Sergey Merzlyakovun olduğu relyef maşını isə batıb.

Xilasedicilər hadisə yerinin uzaqlığı və əlçatmazlığı səbəbindən itkin düşəndən təxminən 12 saat sonra yalnız səhər saatlarında axtarışlara başlayıb. Bir neçə saat əvvəl xilasedicilər cəsədləri aşkar ediblər.

Xatırladaq ki, Vladimir Qabrielyan 2005-ci ildən Mail.ru Qrupunun vitse-prezidenti və texniki direktor vəzifəsində çalışır. 2019-cu ildə o, VK-nın baş direktorunun birinci müavini vəzifəsini icra edib və 31 mart 2022-ci ildə Qabrielyan VK-nın direktorlar şurasına daxil olub.

Qeyd edək ki, “VKontakte”nin mətbuat xidməti şirkətin top meneceri Vladimir Qabrielyanın Nenets Muxtar Dairəsində baş verən insident nəticəsində öldüyü barədə xəbəri təsdiqləyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR