Onlayn ictimai-siyasi qəzet
NASA-nın Glenn Araşdırma Mərkəzinin direktoru, doktor Ceyms Kenyon, bu yaxınlarda Mayami Universitetinə səfər edib və həmyerlimiz olan doktorant Yusif Qurbanlı ilə görüşüb. Görüş zamanı doktor Kenyon öz karyerasından şəxsi təcrübələrini bölüşərək, Yusifin PhD tədqiqatı və gələcək karyerası ilə bağlı dəyərli məsləhətlər verib. Həmçinin, ona NASA-nın Glenn Araşdırma Mərkəzində şəxsən öz himayəsi altında eksklüziv təcrübə keçməsini də təklif edib.
Yusif Qurbanli doktor Kenyon ilə öz tədqiqatını və onun geniş elmi perspektivlərini müzakirə edib. Doktor Kenyon NASA Artemis layihələri haqqında məlumat verərək, NASA-nın Ayın tədqiqi üzrə planlarını işıqlandırıb. O, həmçinin, istedadlı gənclər üçün NASA-ya qoşulmaq imkanlarından danışaraq, kosmik tədqiqatların irəliləməsi üçün yeni ideyalar və yanaşmaların vacibliyini vurğulayıb.
Qeyd etmək lazımdır ki, Yusif NASA-nın Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzində təcrübə keçib və PhD proqramının ilk iki ili ərzində yüksək effektivliyə malik elektik şaquli qalxma və enmə (eVTOL) təyyarələri üzərində çalışıb. Bakalavr təhsili dövründə, onun Mars üçün hazırladığı uçuş aparatının layihəsi 2022-ci ildə Mayami şəhərində keçirilən mühəndislik müsabiqəsində "Best Engineering Project Award" mükafatını qazanıb (Transportation and Energy Ecosystem based on Martian Atmosphere).
Doktor Kenyon ilə görüş, Yusifi aerokosmik tədqiqatların sərhədlərini daha da genişləndirməyə ilhamlandırıb və bu sahəni öz vətənində populyarlaşdırmaq istəyini gücləndirib./Milli.az/
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ