İnsanlara hürriyət, millətlərə istiqlal!

Corc qardaşını axtarır - FOTO

Aktyor Corc Qafarov bir müddət əvvəl sosial şəbəkədə video yayaraq iş tapa bilmədiyini, ac qaldığını deyən qardaşını axtarır.

Bu haqda Corc sosial şəbəkədə paylaşım edib.

O, qardaşının evinin yerini bilənlərdən yardım istəyib.

"Qardaşım Jerar Qafarovun qaldığı ünvanı bilən mənə yazsın" deyə, Corc paylaşımında yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Jerard "İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm" deyə, paylaşım etmişdi.

Corc və Jerardı müğənni Roza Zərgərli övladlığa götürmüşdü. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR