İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spiker Adil Əliyev seçicilərlə görüşüb

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 7 iyul tarixində 20 saylı Nərimanov II seçki dairəsində yerləşən deputat ofisində ərazi məhdudiyyəti olmadan şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti dəfə qəbulunu keçirib.

Musavat.com xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlər dinlənilib, bir qisim müraciətlərin isə yerindəcə həllinə nail olunub.

Vətəndaşlar tərəfindən qaldırılmış əmək, sosial növdən olan müraciətlərin bir hissəsi həll edilməsi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar hazırlanıb.

Vitse-spiker Adil Əliyev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet məsələ olmasını qeyd edərək,  dövlətimiz tərəfindən bu istiqamətdə addımlar atılmasını bildirmişdir.

Eləcə də, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının olmasını bildirmişdir. Eləcə də, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılmasını qeyd edən sədr müavini, ünvanına daxil olmuş yazılı və şifahi müraciətlərin hər birinin geniş şəkildə təhlil edilməsini bildirərək, həmin müraciətlərin həlli üçün dövlət tərəfindən bütün addımların atılmasını bildirmişdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR