İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilnüsdən çıxan qərar-Rusiyanın burnu dibində hərbi qala qurulur

Avropa ölkələri NATO sammitini Vilnüsdə keçirməklə Rusiyaya kimin əsas gücə malik olduğunu göstərməyə çalışır.

Xəbər verildiyi kimi görüş Belarusla sərhəddən cəmi 32 km aralıda keçirilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qərb ekspertləri Litvaya gətirilən NATO texnikasını “Rusiyanın burnu önündə hərbi qala” adlandırıb.

Onlara görə, Ukrayna sammitindən bunları gözləmək olar:

Aydın öhdəliklərlə sazişdə təsbit olunmuş uzunmüddətli hərbi yardım - siyasi vəziyyətdən asılı olmayaraq, Ukrayna Silahlı Qüvvələri silahsız qalmayacaq;

İsveç ordusunun və texnikasının alyansa daxil olmasını nəzərə alaraq NATO qüvvələrinin yenidən bölüşdürülməsi;

Şərqi Avropada mümkün hücum və ya təxribat üçün dərhal cavab planı;

Blokun şimal-şərq sərhədləri boyunca hava hücumundan müdafiə sisteminin yenilənməsi;
Rusiyanın qanadlı və ballistik raketlərinin aşkarlanması və məhv edilməsi üçün texnoloji vasitələrin inkişaf etdirilməsi;

Sammitin yekunlarına görə Ukrayna bunları edə bilər:

Alyansın üzvləri ilə bərabər əsasda NATO təlimlərində iştirak;

NATO kəşfiyyat mübadiləsi sisteminə qoşulma;

NATO-ya daxil olmaq üçün şərtlər və addımların razılaşdırılması;

NATO-nun uzunmüddətli strategiyasında Krımın işğaldan azad edilməsi və reinteqrasiyası üzrə Ukrayna strategiyasının qəbulu;

Ukrayna ərazisində təlim keçmək üçün amerikalı təlimatçıların yerləşdirilməsi;

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR