İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayət Eyvazov: "Ötən il 3 ton 418 kq narkotik dövriyyədən çıxarılıb"

"Qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə ötən il 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb".

"Report"un xəbərinə görə, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov keçirilən kollegiya iclasında deyib.

172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini bildirən nazir son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.

Eyni zamanda cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayaraq fəal mövqe sərgiləyən bütün şəxslərə təşəkkür ifadə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR