İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Britaniyanın məşhur Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi təşkil ediləcək.

Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, muzey bu yay müğənninin şəxsi arxivindən olan geyimlər, mükafatlar və uşaqlıq əşyalarını nümayiş ediləcəyi sərgi təşkil edir.

“Taylor Swift: Songbook Trail” adlanan sərgidə məşhur müğənninin geyindiyi 16 paltar, musiqi mükafatları, hekayə lövhələri və T.Sviftin arxivindəki əvvəllər heç bir yerdə nümayiş etdirilməmiş əşyalar sərgilənəcək.

Sərgi iyulun 27-də Londonun cənub-qərbində, Kensinqtonda yerləşən Viktoriya və Albert Muzeyində açılacaq və giriş pulsuzdur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR