Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqının hazırkı rəhbərliyi istefaya getməlidir.
“Biz "yaşıl keçid", davamlı inkişaf siyasəti, miqrasiya, hərbi və sanksiyalar siyasəti kimi öz seçdiyi bir neçə böyük layihəsi olan Aİ rəhbərliyinə sahibik və bunların hamısı uğursuzluğa düçar olub. Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir və bizə yeni liderlər lazımdır”, – Orban mətbuat konfransı zamanı deyib və onun çıxışının videosu X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Siyasətçi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını xatırladıb. Onun sözlərinə görə, Avropa İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.
Aprelin 10-da Macarıstan hökuməti Aİ-nin miqrasiya siyasətinə qarşı çıxıb və Aİ-nin yeni miqrasiya paktını dəstəkləməyib. Orban deyib ki, “miqrasiya paktı Avropa Birliyinin tabutuna vurulan başqa bir mismardır”.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ