İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vəziyyəti çox pisdir..." - Saakaşvilinin anası

Saakaşvilinin vəziyyəti hazırda çox pisdir, hətta videobağlantı vasitəsilə məhkəmədə iştirak edə bilmir.

Konkret.az xəbər verir ki, bunu jurnalistlərə siyasətçinin anası deyib.

“Mişanın vəziyyəti hazırda çox pisdir və hətta videobağlantı vasitəsilə də məhkəmə iclasında iştirak edə bilmir.

O, çox xəstədir, bədənində zəhər var. Və zəhər bədəndən çıxarılana qədər ona hər an hər şey ola bilər”, – o deyib.

Saakaşvilinin anası məhkəmənin Gürcüstanın eks-prezidentinin ehtiyaclarını ödəyəcəyinə ümid etdiyini bildirib.

Bu gün Tbilisidə onun işi üzrə növbəti məhkəmə iclası başlayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR