Onlayn ictimai-siyasi qəzet
“Müharibə veteranlarına verilən 80 manat müavinət heç olmasa, 20-30 manat artırılsın”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Hər dəfə bizi görəndə bu məsələni deyirlər. Bu vəsait onların kommunal xərclərinin ödənilməsinə verilmişdi. Qazın, suyun, avtobusun, metronun, liftin qiyməti qalxıb. Bu pul o vaxt təmin edirdi, indi təmin etmir. Bəlkə də onların 30 faizi adını sərhəd bölgəsinə yazdırıb. Amma həqiqətən də əziyyət çəkənlər, döyüşənlər var. Onların haqqı nəzərə alınsın”, - deyə komitə sədri bildirib.
@@TVmusavat/101508@@
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ