İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi dövründə cinayət xarakterli faktlarla bağlı 87 cinayət işi açılıb  


Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi başlayan gündən Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət xarakterli faktlarla bağlı cinayət işləri açıldığını bildirib.

Onun sözlərinə görə Baş Prokurorluq tərəfindən ümumilikdə 87 cinayət işi başladılaraq istintaq idarəsinə həvalə edilib:

"Həmin cinayət işləri aşağıdakı qaydada qruplaşdırılıb:

- 39 cinayət işi bilavasitə mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması, əmlakın qəsdən məhv edilməsi və zədələnməsi;

- 26 cinayət işi mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində mülki şəxslərin sağlamlıqlarına ziyan vurulması;

- 8 cinayət işi Qarabağ bölgəsində ayrı-ayrı muzdlu dəstələrin silahlı birləşmələrə qanunsuz cəlb edilməsi, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri;

- 4 cinayət işi Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz çağırışlarla bağlı;

- 3 cinayət işi infrastruktur obyektlərinin ağır artirelliya mərmisi və ballestik raketlərlə hədəfə alınması;

- 3 cinayət işi isə işğal altında olmuş ərazilərdə tarixi mədəniyyət abidələrinin məhv edilməsi, qanunsuz ağackəsmə və ya digər ekoloji cinayət faktları ilə bağlı, eləcə də vətən müharibəsi dövründə ayrı-ayrı vaxtlarda fosfor mərmilərindən istifadə edilməsi nəticəsində işğal altında olmuş ərazilərə qanunsuz silah daşınması, həmin yerlərdə erməni milliyətində olan mülki şəxslərin qəsdən məskunlaşdırılması və Azərbaycanın dövlət bayrağı barədə təhqiredici hərkətlər edilməsinə dair faktlara görə".

Elçin Məmmədov həmçinin müharibə dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə də cəhd edildiyini açıqlayıb.

"Həmin vaxt bir sıra mühüm obyektlər, o cümlədən Bakı-Novorossiysk neft kəməri, Mingəçevir Su Elektrik Stansiyası (SES), Qərb İxrac Boru kəməri, Cənubi Qafqaz genişlənmiş Boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qəbələ Beynəlxalq Hava Limanı da hədəfə alınmışdı".

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR