Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vətən Kərimov vəfat edib.
Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, V.Kərimov uzun illər Dənizkənarı Milli Parkın direktoru vəzifəsində çalışıb. O, son illər Abşerondakı mədəniyyət mərkəzlərinin birinin direktoru olub. 2007-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Xatırladaq ki, V.Kərimov Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, tanınmış hüquqşünas İkram Kərimovun qardaşıdır. (İqtisadiyyat.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ