İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesiyada dəhşətli qəza – avtobus körpüdən dəmiryola aşıb, 21 turist ölüb

Venesiyanın materik bölgəsində, Mestredə turistləri daşıyan avtobus estakadadan relslərin üzərindən düşərək yanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Venesiyanın tarixi mərkəzini avtomobil və dəmiryol körpülərilə birləşdirən Mestre rayonunda sərnişin avtobusu hasardan aşıb və 10 metr hündürlükdən dəmiryol relslərinin üstünə düşüb. Hadisə oktyabrın 3-ü axşam saatlarında baş verib.

İtaliya mətbuatının məlumatına görə, toqquşmadan sonra avtobus yanıb. O, düşən zaman relslərin üstündəki naqillərə toxunub.

Bildirilir ki, avtobus metan qazı işlətdiyindən bu, yanğının sürətlə yayılmasına səbəb olub.

Venesiya meri Luici Brugnaro bunun böyük bir faciə olduğunu söylədi.

"Burada 19 nəfər ölüb, daha iki nəfər xəstəxanada vəfat edib. Xəsarət alanların bəziləri yaxşıdır, lakin Paduada bəzilərinin vəziyyəti ağırdır, bəziləri isə yanıb", - “Röyter” merdən sitat gətirib.

BBC yazır ki, ölənlərin sayı arta bilər.

“Corriere della Sera” nəşrinin məlumatına görə, avtobusda digər sərnişinlərlə yanaşı, bir qrup Ukrayna və bir neçə Almaniya vətəndaşı da olub.

DW xəbər verir ki, Venesiyada yol qəzası qurbanlarının xatirəsinə matəm elan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR