İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp- Mask davası böyüyür:“Onun kontroldan çıxmasına baxmaq mənə acı verir”

ABŞ prezidenti Donald Tramp son beş həftədə İlon Maskın “idarədən çıxmasını” izləməyin onu kədərləndirdiyini açıqlayıb. Musavat.com xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında yazıb və məşhur milyarderin siyasi planlarını da hədəfə alıb.

“O hətta üçüncü siyasi partiya yaratmaq istəyir. Halbuki ABŞ tarixində belə partiyalar heç vaxt uğur qazanmayıb. Onlar yalnız xaos və dağınıqlıq gətirir. Bizdə isə bunun onsuz da yetərincəsi radikal sol demokratlardan gəlir,” – deyə Tramp bildirib.

Bundan əlavə, Tramp Maskın şəxsi xahişini də açıqlayıb. Onun sözlərinə görə, İlon Mask öz yaxın dostunun NASA rəhbəri təyin olunmasını istəyib. Tramp isə bunu məqsədəuyğun saymayıb və həmin şəxsin əslində “saf demokrat” olduğunu öyrənəndə çox təəccüblənib:

“O adam heç vaxt respublikaçılara ianə etməyib,” – deyə ABŞ prezidenti əlavə edib.

Bu açıqlamalar Mask-Tramp münasibətlərində çatların daha da dərinləşdiyini göstərir. Xüsusilə də İlon Maskın son aylarda siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirdiyi bir dövrdə bu münasibətlərin soyuması Amerikanın daxili siyasi mənzərəsində yeni intriqaların yaranmasına yol açır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR