Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov BRİKS sammitinin Rio-de-Janeyro sessiyasında çıxışı zamanı səsləndirib.
Lavrovun sözlərinə görə, Qərbin inkişaf etmiş ölkələrinin üstünlük təşkil etdiyi ənənəvi qloballaşma paradiqması artıq öz aktuallığını itirib və keçmişdə qalıb.
Nazir bildirib ki, qeyri-qanuni birtərəfli sanksiyalar və ABŞ dollarının “cəza vasitəsi” kimi istifadəsi qlobal iqtisadi nizamın dağılma prosesini daha da sürətləndirir.
Lavrov çıxışında həmçinin qeyd edib ki, bu şəraitdə BRİKS kimi assosiasiyalar qarşılıqlı maraqlara əsaslanan daha ədalətli və çoxtərəfli dünya nizamının formalaşdırılmasında mühüm rol oynayır.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ