Onlayn ictimai-siyasi qəzet
İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqların birinci raundu nəticəsiz başa çatıb.
Musavat.com xəbər verir ki, məlumatı məsləhətləşmələrin gedişi ilə tanış olan Fələstin rəsmilərinə istinadən Sky News Arabia telekanalı yayıb.
İyulun 6-da axşam Dohada İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə danışıqlar bərpa edilib. Telekanalın mənbələrinə görə, İsrail nümayəndə heyətinin Fələstin hərəkatı ilə “müqavilə bağlamaq səlahiyyəti olmadığından” münaqişə tərəfləri atəşkəs şərtlərini müəyyən edə bilməyib.
İyulun 4-də HƏMAS vasitəçilərə 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan plana müsbət cavab verib. Müqavilə layihəsində həmçinin atəşkəsin qüvvəyə minməsindən sonra müharibənin yekun dayandırılması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə bağlı danışıqların başlanması nəzərdə tutulur.
Danışıqların birinci raundu İsrailin baş naziri Benyamin Netanyahunun bu günə planlaşdırılan Vaşinqtona səfəri fonunda baş tutub. Bundan əvvəl Əmirliyin “The National” nəşri mənbələrə istinadən yazıb ki, Doha danışıqları uğurlu olarsa, ABŞ prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs elan edə bilər.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ