Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələri Yəməndə üç limana zərbələr endirib və 2023-cü ildə "Ənsar Allah" hərəkatından olan husilər tərəfindən ələ keçirilmiş "Galaxy Leader" yük gəmisinə hücum edib.
"Report"un məlumatına görə, bu barədə İsrail Müdafiə naziri İsrael Katz öz X sosial şəbəkə səhifəsində yazıb.
Onun sözlərinə görə, yeni əməliyyat "Qara bayraq" adlandırılıb.
Nazir qeyd edib ki, husilərin nəzarətində olan Ras-İsa, Hodeida və Es-Salif limanları, həmçinin Ras-Kanatibdəki elektrik stansiyası zərbələrə məruz qalıb.
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ