İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfat edən professor Niyazi Mehdi KİMDİR? - DOSYE + FOTOLAR

Xəbər verdiyimiz kimi, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.

Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbindən reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Musavat.com Niyazi Mehdi barədə məlumatları təqdim edir:

260244.jpg (889 KB)

Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və fəlsəfə elmləri doktoru olan Mehdiyev Niyazi Musa oğlu 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, daha sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb.

M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim və baş müəllim, 1984-cü ildən ömrünün sonunadək həmin kafedrada dosent vəzifəsində çalışıb.

"Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub.

Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb.

WhatsApp Image 2025-02-28 at 10.20.36.jpeg (162 KB)

Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edib. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olub. Dövri mətbuatda müntəzəm çıxış edib. İngilis dilindən elmi tərcümələri var.

Niyazi Mehdi siyasi fəaliyyətlə də məşğul olub.

6ttt.jpg (43 KB)

O, 1992-ci ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olub.

28 fevral 2025-ci ildə 74 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR