Onlayn ictimai-siyasi qəzet
"Malyorka"nın futbolçusu Vedat Muriç karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirə bilər.
Bu barədə "Akşam" məlumat yayıb.
Mənbəyə görə, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" təcrübəli forvard üçün hərəkətə keçib.
Hücumçunun da Türkiyəyə dönmək istədiyi bildirilir.
Digər tərəfdən, oyunçu ilə 3 illik müqavilə imzalanacağı və bu transfer üçün İspaniya təmsilçisinə təxminən 5 milyon avroluq transfer haqqı ödəniləcəyi gözlənilir. Yaxın günlərdə iki nəhəng klubdan biri Vedat Muriçin transferini rəsmiləşdirə bilər.//Offsideplus.az
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ