Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Rahil Məmmədov son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, Fransa ilə matçın son 20 dəqiqəsində meydanda olmuşdu.
Rahildən başqa Renat Dadaşov, İsmayıl İbrahimli və Səbuhi Abdullazadə də Ukrayna ilə oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Ukrayna ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq./Offsideplus.az
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ