İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapetyana növbəti ŞOK

Ermənistanda rusiyalı biznesmen, “Tashir” Qrupunun rəhbəri Samvel Karapetyana qarşı üçüncü ittiham irəli sürülüb.

Musavat.com-un xəbərinə görə, bu barədə erməni biznesmenin müdafiə komandası məlumat verib və ittihamın iqtisadi sahə ilə bağlı olduğunu bildirib.

Müdafiə tərəfi xatırladıb ki, Antikorrupsiya Məhkəməsi 15 avqustda Karapetyanın həbs müddətini iki ay müddətinə yenidən uzadıb. Məhkəmə ittiham aktında yalnız bir epizodu - hakimiyyətin ələ keçirilməsinə açıq çağırış ittihamını qüvvədə saxlayıb.

Bundan əlavə, Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayaraq həm müdafiənin, həm də prokurorluğun şikayətlərini rədd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR