Onlayn ictimai-siyasi qəzet
Dövlət büdcəsinin vahid xəzinə hesabında olan milli valyuta vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi mexanizminin tətbiqi büdcəyə əlavə gəlir gətirən effektiv alətə çevrilib.
Musavat.com xəbər verir ki, Maliyyə Nazirliyində belə hesab edirlər.
Nazirliyin yaydığı məlumata görə, 2025-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və aktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitə yerləşdirilməsi üzrə depozit hərracları keçirilir.
Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat məbləğində faiz gəliri əldə edilib. Bu göstərici 2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.
Musavat.com
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ