İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaynşteynə qarşı seksual təqib ittihamları xətm edilir

Böyük Britaniyanın prokurorluğu keçmiş kinoprodüser Harvi Vaynşteynə qarşı ittihamları ləğv edərək cinayət işini bağlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə sentyabrın 5-də Kral Prokurorluğu məlumat yayıb.

Qeyd edildiyi kimi, Vaynşteyn nalayiq hücumda ittiham olunmayacaq. Prodüser 1996-cı il iyulun 31-dən avqustun 31-dək Londonda bir qadına təcavüz etməkdə ittiham olunurdu.

“İndependent” qəzeti qeyd edir ki, bu işdə sübutların araşdırılması nəticəsində Kral Prokurorluğu Harvi Vaynşteynin cinayət təqibini dayandırmaq qərarına gəlib".

Ölkə prokurorluğu bunu “məhkumluğun real perspektivinin” olmaması ilə əsaslandırıb.

Qeyd edək ki, Nyu-York məhkəməsi 11 mart 2020-ci ildə iki zorlama və seksə məcburetmə ittihamı ilə Vaynşteyni 23 il həbs cəzasına məhkum edib. Məhkəmədə onun əleyhinə 6 qadın ifadə verib. 2023-cü ilin fevralında o, başqa bir zorlama ittihamı ilə daha 16 il həbs cəzasına məhkum edilib.

İyulun 26-da keçmiş prodüser koronavirus və pnevmoniya diaqnozu ilə həbsxanadan xəstəxanaya köçürülüb. Onun nümayəndəsi və həbsxana məsləhətçisi Kreyq Rotfeld qeyd edib ki, Vaynşteyn bir sıra digər xəstəliklərin, o cümlədən diabet və onurğa stenozunun müalicəsi üçün tibb müəssisəsinə aparılıb.
2017-ci ildə Ancelina Coli, Qvinet Peltrou və Salma Hayek də daxil olmaqla bir sıra aktrisalar Vaynşteyni seksual təqibdə ittiham etmişdilər. Zərərçəkənlərin dediyinə görə, o, aktrisaları intim əlaqədə olmağa inandırıb, karyera yüksəlişində yardım vəd edib. Qalmaqal fonunda Vaynşteyn öz şirkətindən qovulub və Nyu-York əyalətinin səlahiyyətliləri ona qarşı istintaqa başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR