İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatsapda yayılan səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq halları müşahidə edilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı yayıb.

O bildirib ki, hazırda vatsap səs yazısı vasitəsilə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar paylaşılır:

"Əziz müəllimlər, dəyərli həmkarlarım.

Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığını müşahidə edirik.

- İlk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri “smslə gəlmir.” Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.

- Səs yazısında haqqında danışılan “imtahan komitəsi” adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir “komitə” fəaliyyət göstərmir.

- Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR