Onlayn ictimai-siyasi qəzet
Dünən ABŞ hökumətinin iki rəsmisi ayrı-ayrı bəyanatlarda SEPAH-ı dünya üçün təhlükə adlandırıb və dünyada terror təşkilatı kimi tanınmasına dəstək verib.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli bununla bağlı “X” hesabında yazıb:
“Biz SEPAH-ı dünya səviyyəsində terror təşkilatı adlandırmaq səylərinə dəstək veririk. Amerika SEPAH-ı terror təşkilatı kimi tanıyır və onu dünya üçün təhlükə hesab edir”.
ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel isə keçirdiyi mətbuat konfransında SEPAH-ın İranda müxalifləri öldürməsinə toxunaraq deyib:
“İcazə verin, açıq deyim ki, SEPAH dünya üçün təhlükədir. Biz SEPAH-ın terror təşkilatı adlanmasını tam dəstəkləyirik”.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ