İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun general yeznəsi DANIŞDI: “Heç bir səlahiyyətim yox idi”

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənın fikirlər isə absurddur”.

Musavat.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Əməkdaşımızla söhbətində yaş həddi ilə bağlı hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov evində olduğunu bildirib:

”Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olunmuş faktlara aidiyyətim yoxdur. Çünki həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR