İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovdan sonrakı Naxçıvan necə olacaq?- Deputat açıqladı  

 
Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Ali Məclisin bu gün keçirilən sessiyasında “Naxçıvan xanı” iştirak etməyib və bu səbəbdən onun istefasını birinci müavini Azər Zeynalov oxuyub. 27 ildir Muxtar Respublika rəhbərlik edən Vasif Talıbovun səhhəti ilə əlaqədar vəzifəsindən getdiyi, lakin deputatlıq mandatını əlində saxladığı bildirilir.

Musavat.com xəbər verir ki, əslən Naxçıvandan olan Azərbaycan Parlamentinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu istefada təəccüblü heç nə görmür: “Son vaxtlar baş verən proseslər bunun istefa ilə sonunclanacağını ortalığa qoyurdu. Ona görə də, burada təəccüblü bir hal baş vermədi. Gözlənilən hadisə yaşandı. Bunun başqa cür yolu da qalmırdı. İndiki vəziyyətdə Naxçıvanla bağlı hansı struktur islahatlarının həyata keçiriləcəyini söyləmək bir az çətindir. O baxımdan ki, burada ciddi konstitusiya dəyişiklikləri olmalıdır. Konstitusiyada xeyli müddəalar var ki, Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Bunlar dəyişilməlidir. Yenilənmə baş verməlidir. Bu yenilənmə olmasa, hansısa bir müsbət istiqamətdə addımların atılacağını proqnozlaşdırmaq mümkün deyil. Ali Məclisin sədri yeni birisi seçilə bilər. Yaxud da sədri birinci müavini, müavinlərindən biri əvəzləyər. Bunlar konstitusiyada nəzərdə tutulub. Başqa bir variant da ola bilər. Baş nazir təyin olunar, Məclisdə təsdiqlənər və səlahiyyətlər ona həvalə oluna bilər.

420221320_0_0_2001_1125_1920x0_80_0_0_900480207b272ff3a1cd8c9676b59cda.jpg (191 KB)

Nələrin olacağını söyləmək indiki vəziyyətdə çox çətindir. Hadisələrin bu cür inkişaf edəcəyi əvvəlcədən açığı bilinmirdi. Çünki orada yoxlamalar, müəyyən nöqsanların üzə çıxması, kriminal hadisələrin diqqət mərkəzinə gətirilməsi hansısa bir dəyişikliklərin olacağından xəbər verirdi. İndi hansı dəyişikliklərin olacağı dəqiqləşməlidir. Hazırda dəqiq bir məlumat yoxdur”.

Deputat Naxçıvanda baş verən həbslərin, korrupsiyaya qarşı mübarizənin davamlı ola biləcəyini də söylədi: “Hansısa bir məhdudlaşmalar ola bilər. Bunlar da gözlənilən hallardır. Amma indi bizləri idarəetmə ilə bağlı məsələ daha yaxından maraqlandırır. Yoxlamalar uzun müddət də davam edə bilər. Yeni faktların üzə çıxmasının, onun gündəmə gətirilməsinin də şahidi ola bilərik. Araşdırmalar uzun müddətli davam edən bir prosesdir. Məhkəməyə cəlb olunanlar da ola bilər. İndi sadəcə idarəetmənin necə olacağı barədə əsas müzakirələr yaranıb ki, bununla bağlı da nəsə söyləmək tezdir. Hansı forma seçiləcək? Oraya prezidentin xüsusi nümayəndəsimi təyin olunacaq? Bu və ya digər suallar ətrafında konkret bir bilgi yoxdur. Rəsmi şəkildə bir fikir də açıqlanmayıb”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR