Onlayn ictimai-siyasi qəzet
“2023-cü ildə Ermənistan və İran arasında ticarət dövriyyəsi kəskin artıb və artıq 700 milyon ABŞ dolları təşkil edir”.
Musavat.com xəbər verir ki, bunu İrəvanda İran ticarət mərkəzinin açılışında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Biz bu rəqəmi yaxın gələcəkdə 1 milyard dollara, daha sonra isə 3 milyard dollara çatdırmaq niyyətindəyik. Əminəm ki, bu ticarət mərkəzi hədəflərimizin reallaşmasında çox mühüm rol oynayacaq”, - deyə Papoyan bildirib.
Onun sözlərinə görə, İran Ermənistan üçün sadəcə qonşu deyil, dost ölkə və dost xalqdır.
“Mən oxşar ticarət mərkəzinin İranda, xüsusən də Tehranda olmasını istərdim”, - deyə erməni nazir bildirib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ