İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın bankı SATILDI

"Bank of Georgia Group" (BOGG) Ermənistan bankı "Ameriabank" QSC-nin 303.6 milyon ABŞ dollarına satın alınması ilə bağlı razılaşma əldə edib.

Bu barədə BOGG-nin press-relizində bildirilib.

Qeyd olunub ki, tranzaksiyanın edilməsindən sonra bankın səhmlərinin 90%-i BOGG-yə, 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) qalacaq.

Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameriabank"ın baş qərargahı İrəvanda yerləşir. Bankın Ruben Vardanyanın nəzarətində olduğu bildirilir. "Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR