İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vardanyan Qarabağdan qaçmağa hazırlaşır" - Elşad Paşasoydan EKSKLÜZİV məlumat - VİDEO

Qarabağda cinayətkar fəaliyyətini davam etdirən Ruben Vardanyan bu dəfə “havalı” açıqlama verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, separatçıların başçısı bu dəfə başından böyük danışaraq Xankəndi hava limanının açılması zərurətindən danışıb.

“Biz əminik ki, hava dəhlizinin açılması vəziyyəti həqiqətən də köklü şəkildə dəyişə biləcək qərardır”- Vardanyan Ermənistan mediasına deyib. Onun sözlərinə görə, Xankəndi hava limanı orta ölçülü təyyarələri qəbul etməyə hazırdır. “Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək. Bu vəziyyətdə qış aylarında normal şəraitdə yaşamağa imkan verəcək yeganə çıxış yolu hava körpüsünün açılmasının mümkünlüyüdür”, - R.Vardanyan bildirib.

Bu açıqlamanın arxasında dayanan məqamlar, habelə Vardanyanın planları ilə bağlı siyasi ekspert Elşad Paşasoyla söhbətləşdik. TV Müsavata açıqlamasında E.Paşasoy bildirdi ki, əslində Vardanyanın çox fərqli bir planı var. Onun fikrincə, hazırda o planla bağlı ilkin addımları atan Vardanyanın sonunu isə ordumuz hazırlayacaq.

Açıqlamanın geniş versiyası ilə videosüjetdə tanış ola bilərsiz.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR