İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vardanyan bu orqanlara təhvil veriləcək, ittiham maddələri isə...” - AÇIQLAMA

“44 günlük Vətən müharibəsindən sonra 2022-ci ilin sentyabrın 23-də Rusiya daxil, bir neçə ölkənin pasportunu daşıma ehtimalı olan Ruben Vardanyan qanunsuz olaraq Azərbaycan ərazisi olan Xankəndiyə gəldi. Gəldiyi gündən separatçı rejimə maddi və mənəvi dəstək göstərməklə onları həm də Azərbaycan xalqına qarşı mübarizəyə çağırdı. O, dəfələrlə belə çağırışlar edib: “Son ana qədər vuruşacağıq”, “Azərbaycanın tərkibində olmayacağıq”, “Qarabağın müstəqilliyi üçün beynəlxalq tərəfdaşlarımızla danışıqlar aparırıq”, “Silahlı müqavimət göstərəcəyik””.

Bunu Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

CİNGİZ SON.jpg (299 KB)

O xatırladıb ki, hətta lokal antiterror tədbirləri keçirilən zaman Vardanyan Qarabağda qalacağını bəyan etmişdi: “Bir neçə gün öncə eskalasiya zamanı Vardanyan sona qədər döyüşəcəyini bildirmişdi. Separatçı rejimin adından və Qarabağda olan etnik ermənilərin adından danışırdı. Hesab edirəm ki, Vardanyan ya Dövlət Təhlükəsizliyi Xidməti, ya da Baş Prokurorluğa təhvil veriləcək. İlk növbədə o, Azərbaycana qeyri-qanuni daxil olub, odur ki, dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə ittiham olunacaq. Digər ağır maddələr isə Azərbaycan dövlətinə qarşı silahlı müqavimət göstərmək, silahlı qiyam, Azərbaycan Respublikasının bir hissəsini ayıraraq müstəqil dövlət yaratmaq iddiası ilə separatçı çıxışlar və müharibəyə təhrik etməklə bağlı olacaq”.

Çingiz Qənizadə qeyd edib ki, Ruben Vardanyan Qarabağda olduğu müddətdə biznes maraqlarını da unutmayıb: “Yaxın bir neçə saat ərzində Ruben Vardanyanla bağlı növbəti açıqlama olacaq. Çox güman ki, Vardanyanın Azərbaycanın yeraltı sərvətlərinin talanmasında bu və ya digər formada iştirakı olubsa, bu da yəqin ki, nəzərə alınacaq. Hər bir halda qatı cinayətkarlardan biri artıq saxlanıb. Növbə Araik Arutyunyan və separatçı rejimin digər rəhbərlərinindir”.

Qeyd edək ki, bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR